525.Az

Xocalı soyqırımı CAR mətbuatında


 

Xocalı soyqırımı CAR mətbuatında<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının (CAR) “Rekord” qəzetində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş məqalə dərc olunub.

Azərbaycanın CAR-dakı səfirliyindən 525.az-a verilən məlumata görə, məqalədə müəllif Simone Heradien Xocalı faciəsini “faciəvi insan qırğını” və Soyuq müharibədən sonra amansızlıqla törədilmiş “ilk soyqırımı” adlandırır, faciənin tarixi və qurbanları barəsində məlumat verir.

Müəllif məqaləsində xüsusilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması məsələsini qabardaraq, Cənubi Afrika Respublikası Hökumətini də eyni addım atmağa çağırır.

Müəllif bu xüsusda, Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxovun sözlərinə istinad edərək, Azərbaycan xalqının tarixində ən qara səhifə kimi daim anılan faciənin bənzərinin 1980-ci illərdə öz ölkəsində də baş verdiyini xatırladır.

Sonda Azərbaycanın CAR-dakı Səfirliyi tərəfindən Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə təşkil edilmiş sərgidən bəhs edən müəllif Heydər Əliyevin sözlərindən sitat gətirərək “bəşər tarixinin ən vəhşətli terror aktı”nın qurbanlarının bu şəkillər vasitəsilə dünyadan ədalət tələb etdiyini bildirir.

 





15.03.2016    çap et  çap et