525.Az

UNEC-in təqdimatı keçirildi


 

UNEC-in təqdimatı keçirildi<b style="color:red"></b> Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) brendi – UNEC-in (University of Economy) təqdimatı keçirilib.
 
APA-nın xəbərinə görə, təqdimatla UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edib.

Rektor bildirib ki, ilk dəfə Azərbaycanda UNEC tərəfindən ali təhsil müəssisəsinin brendi yaradılıb:

“Təhsil sektoru müasir dövrdə dünya iqtisadiyyatının ən dinamik sahələrindəndir. Təhsil sektoru həm də iş yerlərini dəfələrlə artırır. Biz Azərbaycan Dövlət İqtisad Universitetində universitetə istehsalçı kimi yanaşırıq. Ali təhsil müəssisələri təhsil xidmətləri bazarıdır. Brend öz fərdiliyi ilə seçilən əmtəə, xidmət və təşkilatdır. Brend təşkilatın imicidir. UNEC bizim universitetin imicidir”.
 
Ə. Muradov qeyd edib ki, artıq UNEC de-fakto brendləşib:
 
“Bu, mənfi brenddir. “Narxoz” və başqa adlar cəmiyyətdə mənfi brend kimi tanınıb. Lakin ADİU-nun brendi de-yure formalaşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən universitetin brendi, əmtəə nişanı rəsmiləşdirilib. Biz bütün dillərdə UNEC kimi təmsil olunmaq istəyirik.

Brend o demək deyil ki, biz universitetin adını dəyişirik. Bu, bizim səlahiyyətimizdə deyil. Brend həm də bizim abreviaturamız deyil. Azərbaycan dilində UNEC, rus dilində AQEU, ingilis dilində ASUE abreviaturalardır. Brendi yaratmaqla biz Azərbaycan dilinə qarşı hörmətsizlik etmirik”.
 
Professor əlavə edib ki, brendləşmə həyata keçirməklə dünya təhsil xidmələri bazarında rəqabətqabiliyyətli brend universitet yaratmağı hədəfləyirlər.
 
Təqdimatın sonunda suallar cavablandırılıb.
 





15.03.2016    çap et  çap et