525.Az

Hamaçek BSU-nun Çex dili və Mədəniyyəti Mərkəzində


 

Hamaçek BSU-nun Çex dili və Mədəniyyəti Mərkəzində <b style="color:red"></b> Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek Bakı Slavyan Universitetindəki Çex dili və Mədəniyyəti Mərkəzində olub.
 
APA-nın xəbərinə görə, qonağa mərkəz barədə məlumat verilib, tələbələr çex dilində Yan Hamaçeklə birgə musiqilər ifa edib, şeir söyləyiblər.
 
Azərbaycanın gözəl mədəniyyəti olduğunu deyən Y. Hamaçek çex dilində təhsil alan tələbələrlə görüşdən məmnunluq duyduğunu bildirib:

“Şadam ki, təkcə siyasətçilər deyil, həm də mədəniyyətlərarası mübadiləyə yardım edən tələbələrlə görüşmək imkanım oldu. Mədəniyyət elə bir sahədir ki, biz bu sahədə əməkdaşlığı gneişləndirə bilərik.

Azərbaycan Çexiyada çox yaxşı tanınsa da, onun zəngin tarixi və mədəniyyəti yenə də təqdim edilməlidir.

Mədəniyyət sahəsində daha çox tədbirlər təşkil edilməsi üçün sizin Praqadakı səfirliyinizlə birgə işləməliyik”.
 





15.03.2016    çap et  çap et