525.Az

Yaponiya şirkəti Ali Neft Məktəbində


 

Yaponiya şirkəti Ali Neft Məktəbində<b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın INPEX şirkəti tələbələr üçün təlim keçib.

Məktəbdən 525.az-a verilən məlumata görə, təlimdən öncə rektor Elmar Qasımov INPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşina və Vaseda Universitetinin sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, o cümlədən SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Rektor təqdim olunan mühazirənin tələbələrə nəzəri və təcrübi bilikləri birləşdirərək praktik biliklər əldə etməkdə kömək edəcəyini vurğulayıb.

O qeyd edib ki, Yaponiya təhsil və istehsalatda əldə etdiyi nailiyyətləri ilə bir nümunədir.
 
Sonra Masanori Kurihara tələbələrə “Kəşfiyat və Hasilat üzrə “asan əldə edilən neft-qaz”, eləcə də neftçıxarma əmsalının artırılması, ətraf mühitə zərər vurmadan qeyri-ənənəvi neft və qaz yataqlarının (çətin əldə olunan neft-qaz) işlənməsi” mövzusunda məruzə ilə çıxış edib, sualları cavablandırıb.
 





15.03.2016    çap et  çap et