525.Az

Alimlər qlobal piylənməyin səbəbini aşkarlayıb


 

Alimlər qlobal piylənməyin səbəbini aşkarlayıb<b style="color:red"></b>

Almaniyanın Eksperimental Genetika İnstitutunun bir qrup aliminin araşdırmasına əsasən, piylənməyə meyilik epigenik mexanizmlər vasitəsi ilə valideynlərdən uşaqlara keçə bilər.

Trend-in məlumatına görə, araşdırmanın nəticəsi Nature Genetics jurnalında dərc edilib.

Öz təhqiqatlarında genetiklar piylənmə və insulin asılılığına gətirmış şəkər xəstəliyi olan siçanlar üzərində aparılmış elmi təcrübəyə əsaslanıblar.

Araşdırmaların nəticəsi göstərir ki, siçanların nəvə-nəticələri valideynlərinin eyni xəstəliklərinə meyillilikləri var. Dişi nəticələr erkəklərə nisbətən piylənməyə daha çox meyilli olublar. Erkəklərin qanında isə daha çox glükozanın atlanması müşahidə olunub.

Genetiklərın fikrincə, dünyada 1960-cı ildən geniş yayılmış şəkər xəstəliyinin səbəbi məhs epigenetik irs ola bilər.

 





15.03.2016    çap et  çap et