525.Az

"Dağlıq Qarabağla bağlı Avropa Əməkdaşlıq layihəmiz var"


 

"Dağlıq Qarabağla bağlı Avropa Əməkdaşlıq layihəmiz var"<b style="color:red"></b> "Dağlıq Qarabağla bağlı Avropa Əməkdaşlıq layihəmiz var".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
 
O bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti aktorlarının maliyyələşdirilməsi, qadın təşkilatları üzvlərinin görüşlərinin təşkili və digər mümkün imkanlardan yararlanmaqda davam edəcək:
 
"Biz insanların, qadınların, gənclər təşkilatları üzvlərinin görüşməsi üçün bu kimi platformaların təşviqini davam etdirmək istəyirik. Siz yalnız dialoqla irəli gedə bilərsiniz”.
 
M. Mard danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparıldığını xatırlatsa da, Avropa İttifaqının insanlararası münasibətlərin qurulmasının təşəbbüskarı olmaq istədiyini də vurğulayıb.

“Bu məsələ Avropa İttifaqının xüsusi nümayəndəsi Herbert Salberin mandatına daxildir. O bu gün və sabah Bakıda olacaq. Burada o, rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək".
 





15.03.2016    çap et  çap et