525.Az

Bakının əsas yollarından biri hərəkət üçün açıldı


 

Bakının əsas yollarından biri hərəkət üçün açıldı<b style="color:red"></b> Bakıda 2 ay ərzində bağlı qalmış yol nəqliyyatın hərəkəti üçün açılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən və sürüşmə səbəbindən bağlanmış avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. Yolun 20-ci sahə dairəsindən “Bəyoğlu” restoranı arasındakı hissəsi tamamilə açıqdır.
 
Qeyd edək ki, keçən ilin dekabr ayında Badamdarda, yamac ərazidə baş vermiş sürüşmədən sonra bu yol qeyri-müəyyən vaxtadək bağlanmışdı.
 





04.02.2013    çap et  çap et