525.Az

“Yeni Üfüq” ön xətdəki əsgərləri ziyarət etdi - Fotolar


 

“Yeni Üfüq” ön xətdəki əsgərləri ziyarət etdi - <b style="color:red">Fotolar</b>

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Novruz bayramı münasibətilə Tərtərin cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində xidmət edən əsgərləri ziyarət edib.
 

Birlikdən 525.az-a verilən məlumata görə, ziyarət zamanı əsgərlər qarşısında çıxış edən birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, vətənin keşiyində duran bütün cəsur əsgərlərimizin hünərindən qürur duyuruq:

“Düşmənləri hər an qorxuda saxlayan sizlər bizim üçün fəxarət yerisiniz”.

Qarabağ Seyid  Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman əsgərlərimizə öz xeyir-dualarını verərək, onlara ən səmimi təbriklərini çatdırıb.

O, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna ayırdığı xüsusi diqqətin hər bir ölkə vətəndaşı tərəfindən təqdir olunduğunu bildirib.

Ziyarət zamanı hərbi xidmətdə xüsusi fərqlənən əsgərlərə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi adından hədiyyələr təqdim edilib.

Bundan əlavə əsgərlərə birliyin bayram sovqatı paylanılıb. Sonda hərbi hissə rəhbərliyi “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə öz təşəkkürlərini çatdırıb.

 





15.03.2016    çap et  çap et