525.Az

“Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir”


 

“Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir”<b style="color:red"></b> “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməlidir”.
 

APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın baş naziri Aleksis Tsipras Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.
 
Yunanıstan baş naziri qeyd edib ki, prezidentlə görüşü zamanı Qara dəniz regionunda təhlükəsizlik məsələləri də müzakirə edilən məsələlər arasında olub.
 
“Biz Ukraynada sülhə nail olunması üçün Minsk razılaşmalarının həyata keçirilməsinin vacibliyini qeyd etdik. Cənubi Qafqazda sülh və stabilliyin gücləndirilməsinin vacibliyini və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini də vurğuladıq”, - deyə o bildirib
 
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Yunanıstanın paytaxtı Afinada rəsmi səfərdə olub.
 





16.03.2016    çap et  çap et