525.Az

Hüseyn Abdullayevin anasının şikayəti təmin edilmədi


 

Hüseyn Abdullayevin anasının şikayəti təmin edilmədi<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin anası Abdullayeva Zeynəb Bayraməli qızının apellyasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, Z.Abdullayeva ölkədən getməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.
 
Məhkəmə iddianı təmin etməyib. Bundan sonra o, apellyasiya şikayəti verib.
 





16.03.2016    çap et  çap et