525.Az

"Multikultural milli-mənəvi dəyərlər və gənclik" mövzusunda konfrans - Fotolar


 

"Multikultural milli-mənəvi dəyərlər və gənclik" mövzusunda konfrans - <b style="color:red">Fotolar</b>

Qafqaz Universitetində "Multikultural milli-mənəvi dəyərlər və gənclik" mövzusunda konfrans keçirilib.

Tədbirdə komitə sədrləri, müvafiq nazirliklərin nümayəndələri, millət vəkilləri, Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi və s. iştirak edib. Tədbirdən öncə iştirakçılar müxtəlif ölkələrin Novruz adət-ənənələrini özündə əks etdirən sərgi ilə tanış olublar.

Dövlət himni səsləndirildikdən sonra Qafqaz Universitetinin rektoru Ahmet Saniç tədbir iştirakçılarını salamladı. Onlara universitetin fəaliyyəti barədə ümumi məlumat verdi. Bildirdi ki, rəhbəri olduğu təhsil ocağı hər zaman bu cür tədbirlər keçirtməklə Azərbaycanda multukultural dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Onun sözlərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib.

Rektor Prezident İlham Əliyevin Ankaradakı terror olaylarından sonra Türkiyəyə rəsmi səfər etməsinin bütün türklər tərəfindən çox böyük rəğbət və sayğı ilə qarşılandığını, bu addımın "bir millət iki dövlət" devizindən qaynaqlandığını söylədi.

Daha sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, bu gün rəhbəri olduğu rayon ərazisində 450 mindən çox sakin yaşayır. Ümumilikdə burada 29 məscid və 9 kilsə fəaliyyət göstərir: "Respublikanın digər bölgələrində olduğu kimi Abşeron rayonunda da multukultural dəyərlərin, tolerantlıq ənənənələrinin təbliği və təşviqi, qorunması istiqamətində mühüm işlər görülür". İcra başçısı bir daha tədbir iştirakçılarını qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik etdi. Novruz adət-ənənələrinin multukultural dəyərlərin bir hissəsi olduğunu vurğuladı.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirdi ki, ötən dövrdə gənclərimiz müxtəlif idman yarışlarında 823 medal qazanıblar. Onların arasında Qafqaz Universitetində təhsil alan tələbələr də var. Nazir müavini həmin tələbələri Nazirliyin müvafiq sertifikatı ilə təltif olunduğunu bildirərək onları təqdim etdi.

Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov isə çıxış edərək Azərbaycanın qədim adət-ənənələrə malik bir ölkə olduğunu, burada müxtəlif xalqların qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşadığı dedi. Bildirdi ki, məhz multukultural dəyərlərin təbliği Azərbaycanda turizmin inkişafına da öz töhfəsini verir: "Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətdir". Daha sonra N.Səmədov Nazirlik adından müvafiq təşəkkürnamələri Qafqaz Universitetinin tələbələrinə təqdim etdi.

Tələbə Dərnəyinin təşkil etdiyi tədbir Qafqaz Universitetinin xor kollektivinin, rəqs qruplarının Novruz ənənələrinin canlandırıldığı bədii hissənin nümayişi ilə davam etdirilib.

Sabir Baxşalıyev

 





16.03.2016    çap et  çap et