525.Az

Drenaj borularından otel


 

Drenaj borularından otel<b style="color:red"></b>

Meksikanın “Zaqs” memarlıq studiyası böyük diametrli drenaj borularından təkrar istifadənin maraqlı həllini tapıb.

AzərTAc “Arxinovosti” saytına istinadla xəbər verir ki, hazırda “TuboHotel” kompleksinin əsasını təşkil edən bu borulardan otel nömrəsi kimi istifadə olunur.

Mütəxəssislərin qənaətinə görə, uzunluğu 3,5 metr, diametri 2,44 metr olan belə qeyri-standart otellərdə qalmaq çox maraqlıdır.

Hər belə nömrədə çarpayı və masa yerləşdirilib. Oteldə bir gecəlik qalmaq 40 ABŞ dollarıdır.

 





16.03.2016    çap et  çap et