525.Az

Çexiyanın Hitler Almaniyası tərəfindən işğal edilməsindən 77 il keçir


 

Çexiyanın Hitler Almaniyası tərəfindən işğal edilməsindən 77 il keçir<b style="color:red"></b>

Vermaxtın nasist ordusu 77 il əvvəl Çexiya və Moraviyanın ərazisini işğal edib.

Hücumdan bir gün sonra Hitlerin göstərişinə əsasən Bohemiya və Moraviya protektoratlığı yaradılıb.

Dövlətin taleyi Berlində keçirilmiş iclasda həll edilib. Həmin iclasda Prezident Emil Qaxa, xarici işlər naziri Emil Xvalovski və nasist Almaniyasının nümayəndələri iştirak ediblər.
 
Gecə iclasında Praqanın bombalanacağına dair təhdidlər səsləndirilib və Emil Qaxa təzyiqlər qarşısında Çex xalqının taleyini nasist rəhbərinə tapşıran qərarı imzalayıb. Ordu kapitulyasiyaya çağırılıb və insanlara təmkinli olmaq tövsiyə edilib. Bilərəkdən gecikən Emil Qaxa Praqaya qatarla axşam çatıb. Praqa qradında onu Hitler qarşılayıb.

Almaniya Bohemiya və Moraviyanı işğal etməklə İkinci Dünya müharibəsi vaxtı ona xidmət edən güclü sənaye bazası qazanıb.

AzərTAc

 





16.03.2016    çap et  çap et