525.Az

“Böyük şairin şərəfinə”


 

“Böyük şairin şərəfinə” <b style="color:red"></b>

Martın 16-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında Səməd Vurğunun 110 illik yubileyinə həs edilmiş “Böyük şairin şərəfinə” adlı tədbir keçirilib.

AzərTAc xəbər verir ki, əvvəlcə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Xalq Şairi Səməd Vurğunun ev muzeyinin işçiləri - Səidə Abdullayeva, Esmira Xankişiyeva və şair-publisist Z.D.Qayalı, MKS-nin əməkdaşları Zabitə Əliməmmədova, Vəsilə Məmmədova və başqaları ölməz şairin həyat və yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, Səməd Vurğun mənsub olduğu xalqın dilinin və poeziyasının mənəvi pasportudur. Ədəbiyyatımızın qızıl fondunu bəzəyən şairin əsərlərində xalqın müdrikliyi, həyat tərzi, qurub-yaratmaq eşqi, qədim tarixi keçmişi öz əksini tapıb. Şairin yaradıcılığı ədəbi təsvir və ifadə vasitələri, canlı boyalar, obrazlı deyim tərzi, mənalı söz düzümü, axıcı, ahəngdar şeir formaları ilə zəngindir. Onun əsasən heca vəznində yazdığı şeirlərin əksəriyyətinin dillər əzbəri olduğunu vurğulayan natiqlər “Azərbaycan”, “Ceyran”, “Dağlar”, “Ananın öyüdü”, “Şəfqət bacısı” və digər onlarla əsrinin mahnı kimi bu gün də dillər əzbəri olduğunu bildiriblər.

Vurğulanib ki, şairin müharibə dövründə və dinc quruculuq illərində yazdığı istər lirik şeirlər, istər də iri həcmli, poema və dram əsərləri əsasında tərtib olunan tamaşalar, səhnəciklər, filmlər bu gün də aktuallığını itirmir, repertuardan düşmür. Onun yaradıcılığı elə bir qaynar həyat çeşməsidir ki, sənətinin qüdrəti, şeirinin təsir gücü neçə-neçə şairlərin ilham mənbəyinə çevrilib.

Tədbirdə Suraxanı rayonundakı 3 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Sonda Bülbülə qəsəbəsindəki 208 və 79 nömrəli tam orta məktəbin şagirdləri şairin “Vaqif” dramı əsasında hazırlanmış səhnəcik göstəriblər.

 





16.03.2016    çap et  çap et