525.Az

Rauf Mirqədirov bəraət istədi


 

Rauf Mirqədirov bəraət istədi<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.
 
Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, o və Rauf Mirqədirov məhkəməsən bəraət hökmü çıxarılmasını xahiş edib, dövlət ittihamçısı isə hökmün qüvvədə saxlanmasını istəyib.
 
Məhkəmə müşavirəyə gedib.
 
Qərar sabah elan olunacaq.
 
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.
 





16.03.2016    çap et  çap et