525.Az

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir


 

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günlərində növbəli rejimdə işləyəcək. Martın 18-19-da sərnişinlərin daha çox sıxlıq təşkil edəcəyi gözlənilir.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, 18-19 mart tarixlərinə biletlər artıq satılıb.

"Sərnişin sıxlığına uyğun olaraq qatarlara əlavə vaqonlar da qoşulacaq. Bundan başqa, sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejmi tətbiq olunacaq. Habelə, xüsusilə qatarlarda, platformalarda, körpülərdə, yükboşaltma məntəqələrində mühafizə xidməti gücləndiriləcək.

Eyni zamanda, Azərbaycana gələn yüklərin boşaldılıb-yüklənməsi prosesi də davam edəcək. Bu, iş adamlarına bayram günlərində narahatlıq törədilməməsi məqsədilə həyata keçiriləcək", - deyə N.Əzməmmədov əlavə edib.

 





16.03.2016    çap et  çap et