525.Az

Elmar Məmmədyarov Misirə gedib


 

Elmar Məmmədyarov Misirə gedib<b style="color:red"></b>

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Misirə səfər edəcək.

XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak edəcək.

Səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

 





05.02.2013    çap et  çap et