525.Az

Azərbaycanın tanınmış telejurnalisti vəfat edib


 

Azərbaycanın tanınmış telejurnalisti vəfat edib<b style="color:red"></b>

Azərbaycan jurnalistikasına ağır itki üz verib.

Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı bu gün dünyasını dəyişib.

APA-nın xəbərinə görə, Z. Sadatlı xeyli müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq.
 
Qeyd edək ki, fevralın 1-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən “Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb. Lent.az-ın kitabxanası seriyasından nəşr olunan kitabın yaxın günlərdə təqdimatı keçiriləcəkdi.
 
Allah rəhmət eləsin!

 





05.02.2013    çap et  çap et