525.Az

Sevdiyi qızı qətlə yetirən şəxsə hökm oxundu


 

Sevdiyi qızı qətlə yetirən şəxsə hökm oxundu<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Babək Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
 
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək sevdiyi İlahə Yusubovanı qətlə yetirib.
 
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
 





17.03.2016    çap et  çap et