525.Az

Sabahdan temperatur yüksələcək


 

Sabahdan temperatur yüksələcək

Sabahdan Azərbaycan ərazisində hava şəraiti nisbətən mülayimləşəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Sentyabrın 25-dən 27-dək Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

 





24.09.2012    çap et  çap et