525.Az

Xalq yazıçısı Elçindən Seyran Səxavətə təbrik məktubu


 

Xalq yazıçısı Elçindən Seyran Səxavətə təbrik məktubu<b style="color:red"></b>

Xalq yazıçısı Elçin bugünlərdə 70 illiyi qeyd ediləcək tanınmış ədibimiz Seyran Səxavətə yubileylə bağlı təbrik ünvanlayıb:

Əzizim Seyran!

Səni, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini 70 illiyin münasibətilə ürəkdən təbrik edirəm. Bu cümləni yazıram və buradakı 70 mənim üçün inanılmaz, heyrətamiz bir rəqəmə çevrilir.

Gözlərimin qabağına istedadlı, mehriban, eyni zamanda dəliqanlı gənc Seyran gəlir və bu gənc Seyran yetmişi haqlasa da yenə həmin gənclik istedadı ilə, həmin gənclik enerjisi ilə yazıb-yaradır, romanları, hekayələri ilə yeni-yeni uğurlar əldə edir, ədəbiyyatımızı zənginləşdirir.

Səni bir daha ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayıram. İstedad isə həmişə səninlə bir yerdədir. 

Hörmətlə:
Elçin,
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Xalq yazıçısı

 





17.03.2016    çap et  çap et