525.Az

Arzu Rəhimov Bərdədə qəbul keçirdi


 

Arzu Rəhimov Bərdədə qəbul keçirdi<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid¬mətinin rəisi general-leytenant  Arzu Rəhimov Xidmətin Bərdə rayon şöbəsinin inzibati binasında Ucar, Ağdaş, Göyçay, Yevlax, Tərtər, Zərdab və Bərdə rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
 
Dövlət Xidmətindən “525”ə verilən xəbərə görə, qəbulda 50-dək  vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul, veteran adı alma, şəhid statusunun verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araş¬dı¬rıl¬ması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 





17.03.2016    çap et  çap et