525.Az

Belarus universitetində Üzeyir Hacıbəyov təntənəsi - Fotolar


 

Belarus universitetində Üzeyir Hacıbəyov təntənəsi - <b style="color:red">Fotolar</b>

Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) nəzdində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzində görkəmli Azərbaycan bəstəkarı, dramaturqu, müsəlman Şərqində ilk opera yaradıcısı olan Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş musiqi axşamı keçirilib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, mərkəzin rəhbəri Salatın Mirzəyeva tədbiri açaraq qeyd edib ki, Bakı Slavyan Universiteti tərəfindən yaradılan mərkəzdə Azərbaycanın bir çox görkəmli mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına diqqət ayrılır. Üzeyir Hacıbəov Azərbaycanın ən görkəmli bəstəkarlarından biri sayılır və onun qoyduğu zəngin yaradıcılıq irsi nəyinki Azərbaycanda, həm də ölkəmizdən kənarda aktualliğını qoruyur”.

Tədbirdə universitetin dekanı Stariçenok Vasiliy Denisoviç, şöbə müdiri Kobaçevskaya Svetlana Mixaylovna iştirak ediblər.

Çıxışlarında vurğulayıblar ki, BDPU bu gün bir çox dünya universitetləri ilə əlaqələrini inkişaf etdirir. “Bu gün biz Azərbaycan ilə yaranan dosluq və qardaşlıq münasibətləminiz ilə fəxr edirik, həmçinin Bakı slavyan universiteti ilə yaranan tərəfdaşlığmızdan qurur hissi duyuruq.

Musiqi axşamının aparıcıları Nüsrət Səfərəliyev və Aytən Mursaqulova bəsəkarın həyat və yaradıcılıq yolundan, Azərbaycanın mənəvi əmlakı olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından bəhs ediblər. 

Qonaqlara Üzeyir Hacıbəyovun Şuşada keçən uşaqlığından qısa film nümayiş olunub. Filmin sonunda aparıcılar qeyd ediblər ki, Şuşa Azərbaycanın bir çox görkəmli xadimlərinin məskəni olub. Məhz burada balaca Üzeyir ilk dəfə Qarabağ muğamını eşidib və ona vurulmuşdu. Bu da onun gələcək fəaliyyətinin formalaşmasında rol oynayıb. 8 may 1992-ci ildən isə Şuşa Ermənistanın işğalı altındadır.

Azərbaycan milli rəqslərinin ifası gecəyə rəngarənlik qatıb. Olqa Yaroçkina və Mariya Şmıgina bəsəkarın “O olmasın bu olsun” musigili komediyasından dinamik rəqs, Anna Kulişova isə “Arazbarı” musiqisi sədaları altında lirik rəqs ifa ediblər. Məşədi İbad obrazını yaradan Fizuli Səmədzədənin “O olmasın, bu olsun” filmindən evlilik səhnəsini təqdim etməsi qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.  

Tədbirin sonunda Marta Çeçeviç və Olesya Kosoykina “Arşın mal alan” musiqili komediyadan olan məşhur “Pulun var?” mahnısını ifa ediblər.

 





18.03.2016    çap et  çap et