Milli Məclisin (MM) növbədənkənar iclasında “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli hüseynli bildirib ki, adıçəkilən məcəllənin 213-1.3-cü maddəsində “Tütün” sözünün “Pivənin və tütün məmulatlarının” sözləri ilə əvəz edilməsi təklif olunur.
Yəni, təklif edilir ki, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsullar (mallar) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma – min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan mıhrumetmə ilə cəzalandırılacaq.
KAMİL
çap et