525.Az

Dəmiryolu stansiyası rəisini maşın vurub


 

Dəmiryolu stansiyası rəisini maşın vurub<b style="color:red"></b> Azərbaycanda vəzifəli şəxsi maşın vurub.
 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Alməmmədov Elmar Rəhman oğlu idarə etdiyi “Chevrolet Aveo” markalı,  02 BL 610 dövlət nömrə nişanlı maşınla Bərdə rayon sakini, 1942-ci il təvəllüdlü Xasay Mustafayevi vurub. Bunsan sonra avtomobil yol kənarındakı dirəyə çırpılıb.
 
X. Mustafayev xəsarətlə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.
 
X. Mustafayevin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi olduğu bildirilib.
 
Tərtər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, sürücü xəsarət alan şəxsi xəstəxanaya özü aparıb.
 
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.
 





18.03.2016    çap et  çap et