525.Az

Kamal Abdullanın kitabı “Qızıl Delviq”in qısa siyahısında


 

Kamal Abdullanın kitabı “Qızıl Delviq”in qısa siyahısında<b style="color:red"></b>

Yazıçı Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib” (Platon, kajetsə, zabolel... Rasskazı. - M.: Xudojestvennaə literatura, 2014. Tərcüməçi: Azər Mustafazadə) hekayələr kitabı Rusiyanın Delviq adına “Sözə və Vətənə sədaqət” mükafatının - “Qızıl Delviq”in qısa siyahısına salınıb. 

“Literaturnaya qazeta”ya istinadən yayılan məlumata görə, uzun siyahıda olan yazıçıların yarıdan çoxu qısa siyahıya keçə bilməyib.

“Literaturnaya qazeta”nın ilk baş redaktoru şair Anton Delviq rus ədəbiyyatının klassiklərindən sayılır.

Onun adını daşıyan mükafat səkkiz nominasiya - müasir proza, tarixi proza, poeziya (kiçik və böyük həcmlərdə), publistika, tənqid və ədəbiyyatşünaslıq, bədii tərcümə, satira,  uşaq və gənc ədəbiyyatı, ədəbi debüt - üzrə verilir.

 





19.03.2016    çap et  çap et