525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1879-cu il. Xalq Artisti Hüseynqulu Sarabskinin doğum günü (1879-1945). Aktyor kimi fəaliyyət göstərdiyi 30 ildən artıq bir müddətdə o, 400 dəfə Məcnun obrazını oynayıb. Bu səbəbdən də Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu adlandırılıb.

1922-ci il. İtaliya qəhrəmanı Məmməd Bağırov Basqal kəndində sənətkar ailəsində anadan olub (1922-1997). İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçib. 1978-ci ildə Məmməd Bağırov İtaliyaya səfəri zamanı bu ölkənin prezidenti, müqavimət hərəkatının fəallarından biri olmuş Aleksandro Pertini ona “İtaliyanın partizanı” fəxri diplomunu təqdim edib. Məmməd Bağırov İtaliya şəhərlərinin azad olunmasında göstərdiyi qəhrəmanlığa görə 14 yubiley medalı, 2 fəxri diplom, II dərəcəli Vətən müharibəsi ordeni (SSRİ) ilə təltif olunub.

1956-cı il. Fransa müstəmləkəsi olan Tunis müstəqilliyini elan edib. Afrikanın şimalında yerləşən, ərazisi 162 min kvadratkilometr, əhalisi isə 11 milyon nəfər olan Tunis ilə Azərbaycan arasında diplomatik əlaqələr 1998-ci ilin iyulunda yaradılıb.

2003-cü il. ABŞ və üç ölkə - Böyük Britaniya, Avstraliya və Polşa İraqa qarşı hərbi əməliyyatlara başlayıb. Koalisiya qüvvələri aprelin 9-da Bağdadı ələ keçirib, Səddam Hüseyn hakimiyyətini deviriblər. Müharibənin tarixi rəsmi olaraq həmin il mayın 1-də başa çatsa da, ABŞ hərbi qüvvələri İraqdan 2011-ci ildə çıxarılıb.

2015-ci il. Ayın Günəşin qarşısını tutması nəticəsində Avropa qaranlığa qərq olub. 2 dəqiqə 47 saniyə çəkən bu qeyri-adi təbiət hadisəsi 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam Günəş tutulmasıdır.

 





20.03.2016    çap et  çap et