525.Az
"TURAZ Şahini - 2016" davam edir
Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
APA-nın məlumatına görə, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 və MiQ-29 qırıcı, Su-25 bombardmançı təyyarələri ilə şərti düşmənin hərbi hava limanının və strateji obyektlərinin məhv edilməsi əməliyyatını keçirib.
Təlimlər davam edir.
20.03.2016
çap et