525.Az

Avtomobillərdə köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib


 

Avtomobillərdə köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda avtomobillərdə vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yağan intensiv yağışlar nəticəsində, yolda suyun səviyyəsi qalxaraq 3 minik avtomobilində 7 nəfər köməksiz vəziyyətdə qalıb.
 
Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobilləri və vətəndaşları təhlükəli  ərazidən təxliyyə edib. Əməliyyat saat 22:53-də başa çatıb.
 





21.03.2016    çap et  çap et