525.Az
“Sadval” hərəkatının lideri öldürüldü
Separatçı “Sadval” hərəkatının lideri Nazim Hacıyev öldürülüb.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bu gecə Mahaçqalada Əhməd Sultanov küçəsindəki evində N. Hacıyevin meyiti tapılıb. Onun bədənində çoxlu sayda bıçaq zərbəsi aşkarlanıb.
1944-cü il təvəllüdlü N. Hacıyevin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.
21.03.2016
çap et