525.Az

​İtaliyanın məşhur geyim firması təbii xəzdən imtina etdi


 

​İtaliyanın məşhur geyim firması təbii xəzdən imtina etdi<b style="color:red"></b>

İtaliyalı modelyer Corco Armani sahibi olduğu şirkətin heç bir məhsulunda təbii xəzdən istifadə etməyəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, dizaynerin bəyanatına görə, yeni texnologiyalar heyvanlara qarşı "sərt təcrübə"dən imtina etmək imkanı verir.

"Armani"də təbii xəz 2016-cı ilin payız-qış kolleksiyasından etibarən olmayacaq.

Dizaynerin bu qərarı Heyvanların Beynəlxalq Mühafizəsi Cəmiyyəti tərəfindən dəstəklənib.

 





23.03.2016    çap et  çap et