525.Az

Kainatın ən sürətli küləyi aşkar edildi


 

Kainatın ən sürətli küləyi aşkar edildi<b style="color:red"></b>

Qara dəliyin ətrafında kainatın ən sürətli küləyi aşkar edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bir qrup astrofizikin müşahidə etdiyi küləklərin sürəti saatda 200 milyon kilometrdən çoxdur.

Halbuki bu günə qədər dünyada baş verən ən güclü qasırğaların sürəti saatda 300 kilometrə çatıb. Kəşf edilən küləklərin sürəti isə bunun təxminən 1 milyon qatı deməkdir.

Astrofiziklər ABŞ-da yerləşən "Sloan Digital Sky Survey" teleskopu ilə bu küləyi müşahidə ediblər.

Mütəxəssislərin yaydığı yazılı açıqlamada bildirilir ki, qara dəliklər günəşin kütləsindən bir neçə milyard dəfə böyük kütləyə malikdir:

"Bu kütlə ona yaxınlaşan hər şeyi udur. Bu zaman ətrafda güclü küləklər yaranır. Yeni yaranan küləyin sürəti isə saatda təxminən 140 milyon km-dir".

 





23.03.2016    çap et  çap et