525.Az

Məktəbliləri daşıyan mikroavtobus qəzaya uğradı: 12 yaralı


 

Məktəbliləri daşıyan mikroavtobus qəzaya uğradı: 12 yaralı<b style="color:red"></b> Bu gün Bakı şəhəri 71 saylı məktəbin şagirdləri qəzaya düşüb.
 
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya deyib ki, məktəbliləri daşıyan mikroavtobusun Zabrat yolunda qəzaya düşməsi barədə müraciət daxil olub.
 
Hadisə yerinə 2 briqada, 71 saylı məktəbə isə 3 təcili yardım briqadası göndərilib. Nəticədə 7 nəfər Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb və onlar 3 saylı xəstəxanaya aparılıb:
 
"Onların xəsarətləri yüngül olub və hazırda heç bir problem yoxdur. Xəsarət alanlara yerində yardım göstərilib və hamısı evə buraxılıb".
 





28.03.2016    çap et  çap et