525.Az

Ali Məhkəmənin növbəti Plenumu


 

Ali Məhkəmənin növbəti Plenumu <b style="color:red"></b>

Martın 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev əvvəlcə plenumun gündəliyini elan edib.

R.Rzayev plenumun iclasında çıxış edərək bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu, ailə münasibətlərinə də aiddir. Uzun əsrlərdən bəri Azərbaycan ailəsi sabitlik, qarşılıqlı hörmət, valideynlərin uşaqların xoş gələcəyi naminə fədakarlığı, habelə valideynlərə hörmət prinsipləri ilə seçilib. Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları həm milli qanunvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapıb.

Plenumda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. Həmçinin konkret cinayət və mülki işlərə də baxılıb.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

 





28.03.2016    çap et  çap et