525.Az

“Rövşən Lənkəranski”nin ölüm xəbəri yayıldı


 

“Rövşən Lənkəranski”nin ölüm xəbəri yayıldı<b style="color:red"></b> “Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru” Rövşən Canıyevin ölüm xəbəri yayılıb.
 
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyana qarşı sui-qəsdin təşkilində şübhəli sayılan 38 yaşlı Azərbaycan əsilli “qanuni oğru” bu günlərdə İstanbulda güllələnmişdi.
 
Rövşən Canıyevin İstanbula gəlməkdə məqsədi Dubaya getmək olub. Canıyevin İstanbuldakı klinikaların birində öldüyü deyilir.
 





06.02.2013    çap et  çap et