525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1994-ci il. Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verib.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə indiyə qədər tam siyasi-hüquqi qiymət verilməməsi Azərbaycan prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında qeyd edilmiş və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunmuşdu.

1998-ci il. Lissabonda Avropanın ən uzun körpüsü açılıb. Uzunluğu 17,2 km olan körpü Vasko de Qamanın ilk səyahətinin 500 illiyi münasibətilə “Vasko de Qama” adlandırılıb. Körpünün layihələndirilməsi bir il, tikilməsi isə 18 ay çəkib.

2004-ci il. İrlandiya Respublikası bütün iş yerlərində, o cümlədən barlarda və restoranlarda siqareti qadağan edən dünyada ilk ölkə olub.

1886-cı il. Atlantalı aptekçi Con Pemberton baş ağrısı, melanxoliya və digər sinir xəstəliklərinə qarşı içki kəşf edib. Hazırda bu şərinləşdirici içki bütün dünyada Coca-Cola kimi tanınır.

1940-cı il. İngiltərə Bankı saxtalaşdırmaya qarşı yeni yüksək müdafiə dərəcəsi olan ilk əsginazlar buraxıb. O vaxtdan əsginazların çap olunduğu kağıza metal sap yeritməyə başlayıblar.

 





29.03.2016    çap et  çap et