525.Az

Binəqədidə həyətləri su basıb


 

Binəqədidə həyətləri su basıb<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib.

Əməliyyat saat 16:05-də başa çatıb.
 





29.03.2016    çap et  çap et