525.Az

Tarkanın sirri


 

Tarkanın sirri<b style="color:red"></b>

Təvazökar davranışlarıyla hər kəsin simpatiyasını qazanan məşhur müğənni Tarkanın bir sirri ortaya çıxıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Tarkanın 10 ildir Rizə vilayətinin Ekizdərə kəndinə yardım etdiyi məlum olub. Doğma kəndində çökən 3 körpünü təmir etdirən, 2 kənd yoluna asfalt çəkdirən Tarkanın bəzi evlərin təmiri üçün də pul verdiyi bildirilir.

Etdiyi yardımların gizli qalmasını istəyən Tarkanın Rizədən bir yayla evi aldığı da xəbər verilir.

 





06.02.2013    çap et  çap et