525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1992-ci il. Azərbaycan Respublikası İraq ilə diplomatik əlaqələr qurub.

İraq 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. Azərbaycanın İraq ilə BMT və İslam Əməkdaşlıq Konfransı Təşkilatı çərçivəsində əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə edib. Hələ 1979-cu ildə Bakı ilə Bəsrənin “qardaşlaşması”na dair sənəd imzalanıb.

1946-cı il. Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin ad günüdür. Akademik C.Əliyev süd vəzilərinin, baş və boynun, yumşaq toxumaların şişlərinin müayinəsi və müalicəsi sahəsində aparıcı mütəxəssislərdən biridir.

1840-cı il. Antarktida kəşf edilib. Amerika dəniz ekspedisiyasının rəhbəri Çarlz Vilks Antraktidaya səyahəti zamanı həmin torpaqları kəşf edir və onu ABŞ ərazisi elan edib. Həmin ərazi bir müddət “Vilks torpağı” adlandırılsa da, sonralar Antraktida kimi tanınıb. Bu materik yalnız 1959-cu ildə beynəlxalq ərazi elan olunub. Dünyanın əsas “soyuducu”su hesab edilən Antraktida planetin kəşf olunan altıncı və sonuncu materikidir.

1867-ci il. Rusiya İmperiyası Alyaskanı 7,2 milyon dollara ABŞ hökumətinə satıb. Satılan ərazinin bir kvadratkilometrlik hissəsi 4,19 dollar məbləğində qiymətləndirilib. Alyaskanın alınmasından qısa müddət sonra – 1870-ci illərdə burada qızıl ehtiyatları aşkarlanıb. 1959-cu il yanvarın 3-də Alyaska ABŞ-ın 49-cu ştatı olub.

1968-ci il. Dünyanın ən məşhur müğənnilərindən olan kanadalı Selin Dion anadan olub.

 





30.03.2016    çap et  çap et