525.Az

"Dörd generalın sərəncama göndərilməsi barədə yayılan xəbərlər tamamilə yalandır"


 

"Dörd generalın sərəncama göndərilməsi barədə yayılan xəbərlər tamamilə yalandır"<b style="color:red"></b> Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.
 

DSX-nın Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, onlarda heç bir yoxlama həyata keçirilmir, və generalların sərəncama göndərilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.
 
Qeyd edək ki, bəzi KİV-lərdə DSX-da yoxlamaların aparılması və dörd generalın sərəncama göndərilməsi barədə xəbərlər yayılıb.
 





30.03.2016    çap et  çap et