525.Az

“Azəriqaz”ın Müdafiə Nazirliyinə qarşı şikayəti təmin edilmədi


 

“Azəriqaz”ın Müdafiə Nazirliyinə qarşı şikayəti təmin edilmədi<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin (İB) Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə bağlı verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
 
APA-nın xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılıb.
 
Qeyd edək ki, “Azəriqaz” nazirliyik tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyindən “Azəriqaz” İB apellyasiya şikayəti verib.
 





30.03.2016    çap et  çap et