525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1918-ci il. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər.

Soyqırım nəticəsində təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilib. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüblər.

Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

1861-ci il. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, Xalq Artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür (1861-1944). Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.

1936-cı il. Tanınmış bəstəkar, Xalq Artisti, cazmen, pianoçu Rafiq Babayevin doğum günüdür (1936-1994). O, 1994-cü il martın 19-da Bakının “20 Yanvar” metrostansiyasında törədilən dəhşətli terror aktı nəticəsində həlak olub.

1889-cu il. Parisdə Fransanın rəmzi olan Eyfel qülləsinin təntənəli açılışı olub. Mühəndis Qustav Eyfelin hazırladığı 300 metrlik qüllə əvvəlcə müvəqqəti qurğu kimi - Dünya sərgisi üçün giriş qapısı kimi nəzərdə tutulmuşdu. Qüllə sərgidən iyirmi il sonra sökülməli idi. Amma qüllənin lap başında quraşdırılan radioantenalar onu planlaşdırılan söküntü işlərindən xilas etdi.

1912-ci il. Şimalı İrlandiyada “Titanik” gəmisinin tikintisi sona çatıb. Gəmi elə ilk səyahəti zamanı - 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 317 sərnişin və 908 heyət üzvündən yalnız 712 nəfər xilas ola bilmişdi.

1966-cı il. Sovet mütəxəssisləri Ayın ilk süni peykini buraxıblar. Kütləsi 240 kiloqram olan peyk elmi-tədqiqat aparatları ilə təchiz edilmişdi. 1966-cı il aprelin 3-də dünyada ilk dəfə “Luna-10” stansiyası Ay ətrafında orbitə çıxıb.

 





31.03.2016    çap et  çap et