525.Az

Millət vəkili bankları "yıxıb-sürüdü"


 

HÜSEYNBALA MİRƏLƏMOV: "İNSANLARIN BAŞINA OLMAZIN OYUNLAR GƏTİRİLİR, ONLARI BEZDİRİRLƏR"

Millət vəkili bankları "yıxıb-sürüdü"<b style="color:red"></b>

"Azərbaycanda torpaqların zəbt edilməsindən söhbət gedə, yaxud, kimsə özbaşına kimsənin torpağını tuta, qanunsuz istifadə edə bilməz. Çünki harayasa bir mıx vuran kimi yüz yerdən tökülürlər, adamın başının üstünü kəsdirirlər".

Bunu parlamentin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında millət vəkil Hüseynbala Mirələmov deyib.

Onun sözlərinə görə, əksinə, torpaqların indiyə kimi hansı səbəblər üzündən istifadə olunmaması məsələsi araşdırılmalıdır.

"Araşdırılmalıdır ki, torpaqlar niyə istifadə olunmur, niyə əkilmir, niyə becərilmir?!  Məsələn, torpaqla məşğul olmaq istəyən insanlar, iş adamları var ki, onlar icarəyə götürdükləri torpaqlarda və ya onlara məxsus pay torpaqlarında məhsul istehsal etmək üçün banklardan kredit götürmək istəyirlər. Ancaq banklar onların başına minbir, olmazın oyunlar gətirir, onları bezdirirlər.
 
Elə şərtlər irəli sürürlər ki, həmin adamlar kredit almaqdan sonda əl çəkirlər. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Yəni, torpaqların nəyə görə istifadə olunmamasının səbəbləri, kökləri dəqiq öyrənilməlidir" - deyə, millət vəkili qeyd edib.

Kamil HƏMZƏOĞLU

 





31.03.2016    çap et  çap et