525.Az

Dinləsin bəşər - (Şeir)


 

90 yaşlı böyük şair Söhrab Tahirin şərəfinə

Dinləsin bəşər - <b style="color:red">(Şeir)</b>

Köksünə iki-üç cahan yerləşər,
Düşməz yaxınına nə zülmət, nə şər.
Dinləsin planet,
Dinləsin bəşər
Vətən nəğməsini Söhrab Tahirin.

Millət ayılsa da hələ yatan var,
Halal el malını çalıb-çatan var.
Fəqət dəfinədən üstün tutan var,
Bircə kəlməsini Söhrab Tahirin.

Gah göyə qalxırıq, gah enirik biz,
Bəzən dayaqlara söykənirik biz.
Ömür kitabından öyrənirik biz,
"Yaxşılıq" dərsini Söhrab Tahirin.

Gec-gec fərəhlənib, tez-tez qəm yeyir,
Zili-zil çağırır, bəmə-bəm deyir;
Bütün uşaqlara Nəsibəm deyir,
Gördüm nəvəsini Söhrab Tahirin.

Verir fərmanını vaxt yavaş-yavaş,
Quzeyə xoş gəlir güneyli qardaş...
Bütövlük əsrinin hər günündə kaş,
Eşidək səsini Söhrab Tahirin!

 





31.03.2016    çap et  çap et