525.Az

Somalidə öldürülən azərbaycanlı qadının meyiti sabah İstanbula gətiriləcək


 

Somalidə öldürülən azərbaycanlı qadının meyiti sabah İstanbula gətiriləcək<b style="color:red"></b> “Somalidə törədilən terror aktı nəticəsində həlak olan Türkiyə və Azərbaycan vətəndaşlarının cənazələri sabah Türkiyəyə göndəriləcək. Azərbaycan vətəndaşı Kəmalə İsmayılovanın nəşi İstanbuldan Bakıya göndəriləcək”.
 
Bu barədə APA-nın yerli bürosuna K. İsmayılovanın qohumları məlumat veriblər. Onların sözlərinə görə, mikroavtobusa hücum nəticəsində yaralanan K. İsmayılovanın övladları - 11 yaşlı Nihadla 10 yaşlı Nicat Moqadişodakı xəstəxanalardan birində əməliyyat olunublar. Ağır xəsarət alan qardaşların vəziyyəti normaldır. Onların müalicəsi Türkiyədə davam etdiriləcək: “Hadisə barədə məlumat alan zaman koma vəziyyətinə düşən ailə başçısı Əflatun İsmayılov da hazırda Moqadişoda xəstəxanasındadır”. 
 
Ə. İsmayılovun dayısı Tofiq Mikayılov və əmisi oğlu Zöhrab İsmayılov APA-nın yerli bürosuna bildiriblər ki, həkimlər onun ayılması üçün tədbirlər görürlər.
 
Qeyd edək ki, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. K. İsmayılova isə Somalinin paytaxtı Moqodişo şəhərində fəaliyyət göstərən Türk Özəl Liseyində müəllim işləyib.
 
Xatırladaq ki, ötən gün paytaxt Moqadişoda içərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu türk liseyinə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Hadisə zamanı avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Hadisə nəticəsində 5 nəfərin ölüb və digərləri yaralanıb.
 





31.03.2016    çap et  çap et