525.Az

Nobelli yazıçı vəfat etdi


 

Nobelli yazıçı vəfat etdi<b style="color:red"></b>

2002-ci ildə Nobel mükafatına layiq görülən macar yazıçı İmre Kertez 86 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 1929-cu ildə Budapeştdə yəhudi ailəsində dünyaya göz açan yazıçı 15 yaşında nasistlərin əsir düşərgəsinə göndərilib. 1945-ci ildə sərbəst buraxıldıqdan sonra Macarıstana qayıdıb və 1948-ci ildən jurnalistliyə başlayıb. Bütün ailəsini itirən İmre düşərgədə gördüklərinin təsiri ilə əsərlər yazmağa başlayıb.

Nitsşe, Freyd kimi məşhurların əsərlərini tərcümə edən İ.Kertez şah əsəri sayılan “Talesizlik”i 10 ilə tamamlayıb. Romanlarında əsasən yəhudi soyqırımına geniş yer verən yazıçı “Doğulmayan uşaq üçün dua”, “Biabırçılıq” kimi məşhur əsərlərin də müəllifidir.

 





01.04.2016    çap et  çap et