525.Az

Aylardan aprel...


 

Aylardan aprel...<b style="color:red"></b>

Apreli çox sevirəm. Təkcə baharın müjdəsi deyil o. İnsanın düz ürəyinə toxunur. Ağacların yaşıllaşması, çiçək açması, adamı ümidlə, sevinclə, sevgiylə doldurur. Hüznlərdən, solğun rənglərdən uzaqlaşdırır.

Küçələrdə rastlaşdığımız yiyəsiz heyvanların da həyatı dəyişir. Üşüməmək üçün qıvrılıb sığınacaq bir küncdə yox, günəşin onları isidəcəyi yerdə uzanıb ətrafı izləmək istəyirlər.

Aprel ayı yağmurlarıyla da bərəkət gətirir. “Aprel yağışı qızıl araba, gümüş təkərdir” - deyə bir məsəl də var.

Apreldə doğulmağımdan böyük məmnuniyyət duyuram. İtirdiyim əziz ata-anamı düşünürəm. Adamın öz valideynləri ilə qürur duyması möhtəşəm duyğudur. Çox vaxt onları yanımda hiss edirəm...

Ailəmizdən aldığım təhsil və tərbiyənin həyatımıza təsir etdiyini, sevgi dolu, hörmətcil ola bilməyin, təvazökar davranmağın həmişə qazandırdığını kim dana bilər ki?

Məktəbdəki təhsil çox önəmlidir, amma ailənizin öyrətdiyi davranış, şübhəsiz, satın alınmayacaq bir xəzinədir!

Ceyhun Atıf Kansunun “Uyuyan gözəl anaya” şeirini bütün ata-anasını itirmiş uşaqlar adına xatırlamadan keçməyək:

Ana, bahar gəlir, oyansana,
Çıx günəşli havada gözlə məni,
Ən gözəl tilsimlərə əl atdım,
Qoxlaya bilmək üçün nəfəsini.

lll

Yeni açmış bu alça xatırladır
Mənə ağacları çox sevdiyimi,
Sevginləmi isinmiş bu sonsuz çöl
O sonsuz qara vermisən gözlərini.

lll

Gül, gözəl anam mənim, mənim röyam,
İçimdən çiçəkli bir yol var sənə.
Sənin yerinə bir az mən uyusam...
Ana, bahar gəlir, oyansana.

Ardınca Orxan Vəlinin “Aprel” şeirini xatırlamamaq olmur:

İmkansız şey
Şeir yazmaq
Aşiqsənsə əgər;
Və yazmamaq,
Aylardan aprelsə.


Bu gözəl şeirlərdən sonra La Fontenin “Nə qədər böyük olsa da kədər, zaman quşunun qanadlarına minib gedər” sözü ağlıma gəldi. Həyatda hüzn də var, sevinc də, amma hamısı zamanla axıb gedir. Önəmli olan kədəri yenməkdir.

Cenap Şahabettin “Xoşbəxtlik dağ kimidir. Səs verər, amma qımıldamaz. Gözləyər ki, sən onun yanına gedəsən” sözləriylə həyatda daim çalışıb-çabalamağımız, xəyallarımızdan vaz keçmədən (uşaqlarımızın da xəyallarına dəstək olmalı!) bütün çətinlikləri atlatmağımızın nəticəsində əslində çox da uzaq olmayan xoşbəxtliyi yaxalamağın öz əlimizdə olmasını necə gözəl dilə gətirib.

Aprel ayı hamıya bolluq, bərəkət, rahatlıq, xoşbəxtlik, ən əsası da can sağlığı gətirsin...

Tərcümə: Cavid QƏDİR

 





01.04.2016    çap et  çap et