525.Az

VIII Milli Uşaq Kitab Sərgisi təşkil olunacaq


 

VIII Milli Uşaq Kitab Sərgisi təşkil olunacaq<b style="color:red"></b>

Aprel 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VIII Milli Uşaq Kitab Sərgisi təşkil olunacaq.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi üçün onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, kitaba və mütaliəyə həvəsi artırmaq, milli dəyərlərimizi yaşatmaqdır.

Tədbirdə Azərbaycan uşaq yazıçılarından Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, “Sehirli dünya” jurnalının redaktoru Gülzar İbrahimova və nəşriyyat işçiləri iştirak edəcək.

Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri “Folklor yaradıcılığı paytaxtları”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehirli ilmələr”, “Azərbaycan - yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ…”, “Dərədən, təpədən”, “Tarix – keçmişdən gələcəyə”, “Multikulturalizm - Azərbaycan xalqının həyat tərzidir”, “Dünya uşaq ədəbiyyatı inciləri” və s. olmaqla ümumilikdə 25 başlıq altında nümayiş ediləcək.

Aprelin 8-dək davam edəcək sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə ediləcək.

 





01.04.2016    çap et  çap et