525.Az

DTX azərbaycanlı “canlı bomba” ilə bağlı araşdırma aparır


 

DTX azərbaycanlı “canlı bomba” ilə bağlı araşdırma aparır<b style="color:red"></b>

Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə yayılan xəbərlərə Dövlət Təhlükəsizlik Xidməti münasibət bildirib.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı lent.az Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxlayıb. DTX-ın sözçüsü bildirib ki, mətbuatda yayımlanan xəbərlər izlənilir:

“O cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq”. 

Xatırladaq ki, həmin məlumatda qeyd edilir ki, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdırdığı məlumatları var.

 





01.04.2016    çap et  çap et