525.Az

Daha iki mülki şəxsi yaralanıb


 

Daha iki mülki şəxsi yaralanıb<b style="color:red"></b> Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.
 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
 
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.
 





03.04.2016    çap et  çap et